FİFA yeni qərar verdi. Braziliyada keçiriləcək Dünya çempionatında yüksək tempetatur qeydə alınarsa, matç dayandırlacaq. Milli.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, əgər havada hərarət müsbət 32-dən çox olsa, oyunun baş hakimi hər bir hissədə 30 dəqiqədən sonra oyunu dayandıra bilər. Bu addım futbolçuların bir az istirahət etməsi və su içməsi üçün atılacaq. Qeyd olunur ki, bu təklif ilə İtaliya yığmasının baş məşqçisi Çezara Prandelliçıxış edib.Onu da bilirək ki, bu gün saat 20:00-da Dünya çempionatının püşkatması olacaq.
Mənbə: Milli.Az