Şair Vahid Əziz Elza İbrahimova ilə bağlı xatirələrini danışıb, Azərbaycan musiqisindəki xidmətlərindən söz açıb.
Gecədə Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Elza İbrahimovanın mahnıları ifa olunub.Yubiley tədbirində filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı, sənətkarın həyat və yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib.Qeyd edək ki, Elza İbrahimova 1938-ci ildə Hacıqabulda anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirib. "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, romansların, sonataların, kvartetlərin və onlarla sevilən mahnıların müəllifidir.Elza İbrahimova 2012-ci il fevralın 11-də 74 yaşında vəfat edib.
Mənbə: Milli.Az