APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Azadlıq” Ümumukrayna Birliyinin lideri Oleq Tyaqnibok bəyan edib. “Biz sabahdan Kiyevdə müstəqil hakimiyyəti, yerli özünüidarəetməni formalaşdırmağa başlayacağıq”, - deyə o, ötən gün Müstəqillik meydanında təşkil olunmuş mitinqdə bəyan edib.Qeyd edək ki, bundan əvvəl həbsxanada cəza çəkən Ukraynanın keçmiş baş naziri, “Batkivşina” müxalifət partiyasının rəhbəri Yuliya Timoşenko Ukrayna xalqını hakimiyyəti dərhal ələ keçirməyə çağırıb.
Mənbə: Milli.Az