Qadin.NET / 12,6 milyard dollara nəhəng gəmi tikildi

12,6 milyard dollara nəhəng gəmi tikildi

 

Cənubi Koreyada dünyanın ən böyük üzən obyekti suya salınıb.Milli.Az AsiaOne-a istinadən bildirir ki, "Samsung Heavy Industries" korporasiyasının istehsalı olan bu ən böyük gəmi-platforma "Royal Dutch Shell" korporasiyasının sifarişi ilə inşa edilib."Prelude" adlı gəmi təbii qazın hasilatı və mayeləşdirilməsi obyektidir."Prelude" təbii qazı hasil etməklə yanaşı, onu mayeləşdirmək və nəql etmək üçün nəzərdə tutulub.Uzunluğu 488 metr, su tutumu isə 600 min ton olan gəmi Avstraliyanın qərbindəki Brumldan 475 km aralıda, okeanda çalışacaq. "Prelude"nin 25 il ərzində istismarı nəzərdə tutulacaq. Üzən zavod-gəmi 5-ci kateqoriyalı tsiklonlara davam gətirə bilir."Shell" üzən gəmi-platformanın dəyərini açıqlamasa da, ekspertlər inşaatın 12,6 milyard dollara başa gəldiyini deyirlər.
12,6 milyard dollara nəhəng gəmi tikildi
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK