
Miladi: 06 dekabr 2013
Hicri: 02 Səfər 1435
İlin 340-cı günü
İlin sonuna 25 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.33
Günəş - 07.49
Zöhr - 12.35
Əsr - 15.18
Məğrib - 17.30
İşa - 18.51
1240 — Batı Xanın rəhbərlik etdiyi Qızıl Orda ordusu Kiyev şəhərini fəth etmişdir.
1492 — Xristofor Kolumb qızıl axtarmaq üçün Santa Dominqo adasına getmişdir.
1790 — ABŞ Konqresi Nyu-York şəhərindən Filadelfiya şəhərinə köçmüşdür.
1862 — ABŞ prezidenti Abraham Linkoln Minnesotadakı Sioux üsyanında iştirak edən 303 yerli aborigendən 39-nun asılmasına qərar vermiş, qərar dekabrın 26-da icra olunmuşdur.
1870 — fransız yazıçı Aleksandr Düma vəfat edib.
1877 — Tomas Edison ilk dəfə səsi lentə yazmışdır.
1917 — Finlandiya Rusiya İmperiyasının asılılığından azad olub öz dövlət müstəqilliyini elan etmişdir.
1922 — Kanadada ilk dəfə xəstələrin müalicəsində insulindən istifadə olunmuşdur.
1938 — Fransa və Almaniya dostluq müqaviləsi imzalamışlar.
1940 — Yunanıstan Albaniyanın Premete kəndini işğal etmişdir.
1941 — Böyük Britaniya Rumıniya, Macarıstan və Finlandiyaya muharibə elan etmişdir.
1971 — Hindistan Pakistanın tərkibindən çıxan Şərqi Pakistan əyaləti əsasında birtərəfli qaydada dövlət müstəqilliyini elan edən Banqladeş Xalq Respublikasını tanımışdır. Bu səbəbdən Pakistan Hindistanla bütün diplomatik əlaqələri kəsmişdir.
2009 — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
Mənbə: Milli.Az