Köpəkbalıqları suda olan insanlara arxadan hücum etməyə üstunlük verirlər. Milli.Az Animal Cognition-a istinadən bildirir ki, amerikalı alimlər köpəkbalıqlarının insanlara hücumları ilə bağlı 100-dən artıq hadisəni araşdıraraq belə qərara gəliblər. Alimlərin hesabatında bildirilir ki, hücumların tam əksəriyyəti "kor zona"dan olub. "Köpəkbalıqları insanın məkandakı vəziyyətini müəyyənləşdirəndən sonra onları görməyin mümkünsüz olduğu tərəfdən hücum edirlər", - alimlər bildiriblər.
mənbə: Milli.Az