Moldova Konstitusiya Məhkəməsinin bu gün qəbul etdiyi qərara görə, artıq Moldovanın dövlət dili rumın dilidir. Anspress Rusiya mətbuatına istinadən bildirir ki, məhkəmə öz qərarında Moldova Respublikasının müstəqillik haqqında bəyannaməsinə əsaslanıb. Bəyannamədə dövlət dili kimi rumın dili göstərilib. Amma Konstitusiyada Moldovanın dövlət dili kimi moldav dili göstərilib. "Müstəqillik bəyannaməsi Konstitusiyanın ayrılmaz hissəsidir. Amma mətnlərdə fərq yaranan zaman Bəyannamə üstün gəlir. Qərar qətidir və ondan şikayət etmək olmaz", - deyə Konstitusiya Məhkəməsinin sədriAleksandr Tenase bildirib.
Mənbə: Milli.Az