Qadin.NET / BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək

BMT daha bir ölkəyə hərbi müdaxilə edəcək

 

BMT Təhlükəsizlik Şurası (TŞ) bu gün bir səslə Mərkəzi Afrika Respublikasına (MAR) hərbi müdaxiləni dəstəkləyib. Anspress “Frans Press”ə istinadən bildirir ki, BMT TŞ-in qətnaməsi müdaxilədə 1,2 min fransız və 3,6 min Afrika hərbçisinin iştirakını nəzərdə tutur. Bu Afrika ölkəsinin baş naziri Nikolas Tyanqaye də noyabrın sonunda jurnalistlərə bildirmişdi ki, MAR-da fransız əsgərlərin sayı artırıla bilər. Ötən gecə MAR-ın Banqi şəhərində toqquşmalar nəticəsində ən azı 80 adam ölüb və onlarla insan yaralanıb. Bu gün fransız komandanlığı şəhərdə təhlükəsizliyi təmin etmək üçün Banqiyə daha 250 fransız əsgərinin göndərilməsinə qərar verib. Bu ilin yanvar ayında MAR hakimiyyəti ilə siyasi müxalifət arasında barışıq imzalanmışdı. Amma martda "Seleka" qruplaşmasının döyüşçüləri MAR-ın paytaxtı Banqini tutdular. MAR-ın hakimiyyətdən salınmış lideri Fransua Bozize ölkədən qaçmağa məcbur oldu. Qiyamçıların lideri Mişel Cotodiyaözünü prezident elan edib. Həmin vaxtdan ölkədə silahlı toqquşma səngimir. 

 

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK