Qadin.NET / Dünyanın ilk smart eynəyi satılır

Dünyanın ilk smart eynəyi satılır

 

Vuzix şirkəti dünyada ilk smart eynək istehsal edən şirkət kimi tarixə adını yazdırıb. M100 modelinin qiyməti 1000 dollardır və artıq xaricdə satışa çıxarılıb. Daha öncə bu qurğunun imkanlarını yalnız istehsalçılar sınaqdan keçirmək imkanına malik idilər, hazırda Vuzix M100 cihazı hər kəs üçün əlçatandır. Milli.Az ICTnews-a istinadən bildirir ki, cihaz Android platformasının modifikasiya edilmiş versiyası ilə işləyir, lakin Android cihaz və iOS qurğularla sinxronlaşdırıla bilir. Eynək gözdən 30 sm məsafədə yerləşən kiçik ölçülü ekranla təchiz edilib.Vuzix M100 modeli Full HD formatında video çəkilişi imkanına malik 5 meqapiksellik kamera, 1 QHs takt tezlikli prosessor, 1 QB əməli və 4 QB daxili yaddaş, giroskop, akselerometr, microSD slotu, mikrofon, qulaqcıq, GPS və 600 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. İstifadəçi qurğunun ekranında daxili kameradan ötürülən təsviri görə bilər. Qurğunu Bluetooth vasitəsilə smartfona qoşaraq video, xəritə, elektron poçt, ünvan kitabçası, proqram, nömrəyığan və sairəni ekrana çıxartmaq olar. Bu eynəklər çağırışı qəbul etməyə və başqa abunəçi ilə danışmağa imkan verir.
Mənbə: Milli.Az
5 dekabr 2013
GO BACK