
Essen 2013 avtoşousunun böyük miqdarda alman yenilikləri arasında Rusiyadan olan Larte Design tüninq emalatxanasının Range Rover Evoque mükəmməl krossoveri əsasında təqdim etdiyi eksklüziv layihəsini qeyd etməmək olmaz. Infiniti markası avtomobillərinin satışsonrası tamamlama layihələri ilə şöhrət qazanmış Moskva tünerləri bununla özlərinin müxtəlif maşınlarla işləyə bilmək kimi universal bacarıqlarını sübut ediblər. Milli.Az 4charx.com-a istinadən bildirir ki, böyük miqdarda kontrast qara aksessuarla al-qırmızı krossover kuzovun yeni aerodinamik asma hissələriylə şıq görünür.