Digitimes Research şirkəti analitiklərinin proqnozlarına əsasən, 2013-cü ildə ötən illə müqayisədə 15,8 faiz daha çox monoblok fərdi kompüter (AIO hamısı birində) buraxılacaq və bu işə iMac kompüterini yeniləyən Apple şirkəti böyük töhfə verəcək. 2014-cü ildə monoblokların tədarük həcmində artım 4,9 faizə bərabər olacaq, bu məhsulların kompüter bazarının ümumi həcmində payı 11,5 faiz təşkil edəcək ki, bu da başa çatmaqda olan ilin yekunları üzrə gözləniləndən 1 faiz bənd azdır. Milli.Az ICTnews-a istinadən bildirir ki, bu yaxınlarda ABŞ-ın Apple şirkəti nəhəng monoblok fərdi kompüter istehsalçısı olmaqla Çinin Lenovo şirkətini qabaqlayıb. Ekspertlərin fikrincə, Çin istehsalçısı üçün xüsusilə Çində genişlənən bazarda liderliyi özünə qaytarmaq heç də asan olmayacaq. Bundan başqa, bazarda rəqabət gərginləşəcək və Dell və Sony kimi istehsalçılar cari ildə satış həcmini artıra biləcək. Monoblok kompüterlərin yığılması ilə məşğul olan Quanta Computer və Compal Electronics şirkətləri bu məhsulun tədarükünü 6-8 faiz artıracaq, müqavilə əsasında fəaliyyət göstərən digər şirkətlərdə isə 5 faizlik artım gözlənilir.
Mənbə: Milli.Az