Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Avropa sərhədlərinədək nəqlini təmin etməyə hesablanmış Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində dövlətin iştirak payını maliyyələşdirməyə hazırlaşır.Trend-in məlumatına görə, bunu cümə axşamı ARDNF-nin icraçı direktoruŞahmar Mövsümov İstanbulda III Xəzər Forumunda deyib. Onun sözlərinə görə, ARDNF Bakı-Tbilisi-Ceyhan layihəsində dövlətin iştirak payını maliyyələşdirib: "Bu ildən etibarən isə Türkiyədə STAR neft emalı zavodunun tikintisinə sərmayə yatırmağa başlayıb. Biz bundan sonra da Türkiyədə iri infrastruktur layihələrinə vəsait ayırmağa davam edəcəyik".
Mənbə: Milli.Az