Azərbaycanın paralimpiyaçı cüdoçulardan ibarət milli komandası Macarıstanın paytaxtı Budapeştdə start götürən Avropa çempionatına uğurla başlayıb. Milli Paralimpiya Komitəsindən Lent.Az-a verilən məlumata görə, yığmamız yarışın ilk günündə 2 qızıl, 1 bürünc medal qazanıb. Fəxri kürsünün ən yüksək pilləsinə Bayram Mustafayevlə (66 kq) Ramil Qasimov (73 kq) qalxıb. Elçin Talıbov (66 kq) isə 3-cü yeri tutub. Qeyd edək ki, Avropa çempionatında ölkəmizi 16 cüdoçu təmsil edir. Onlardan 3-ü ilk dəfə böyüklərin mübarizəsinə qatılır.
Mənbə: Lent.Az