Qadin.NET / İlin adamı seçildi

İlin adamı seçildi

 

Dünyanın ən nüfuzlu jurnallarından biri "Time" ənənəvi "İlin adamı" səsverməsini başa çatdırdığını bəyan edib. Milli.Az ABC-yə istinadən bildirir ki, internetdə keçirilmiş səsvermənin nəticlərinə görə, Misir Silahlı Qüvvələrinin komandanı, general-polkovnikƏbdülfəttah əl Xəlil əs Sisi "2013-cü ilin adamı" seçilib. O, səslərin 26,2 faizini toplayıb. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan 20,8 faiz səslə 2-ci, amerikalı bəstəkar və müğənni Mayli Sayrusisə 16,3 faiz səslə 3-cü yerdədir. Rəcəb Tayyib Ərdoğan və Sisi arasındakı "rəqib səsvermə"də isə misirli general-polkovnik səslərin 54 faizini alaraq Türkiyənin baş nazirini üstələyib. Səsvermənin rəsmi nəticəsi dekabrın 11-də açıqlanacaq.
Mənbə: Milli.Az
5 dekabr 2013
GO BACK