Qadin.NET / "Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı kimi Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır"

"Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı kimi Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayır"

 

"Bölgədə özünəməxsus yeri olan Azərbaycan zəngin karbohidrogen ehtiyatlarının hasilatçısı kimi yalnız qonşu ölkələrin deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır".Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevİstanbulda keçirilən III Xəzər Forumununun iştirakçılarına müraciətində deyib. Müraciəti Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Prezident İlham Əliyev qeyd edib ki, Xəzər Strateji İnstitutunun təşkilatçılığı ilə keçirilən forumlar artıq ənənə halını almaqdadır: "Hörmətli forum iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. Hesab edirəm ki, hökumət rəsmilərinin, siyasətçilərin, elm adamlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin və biznes nümayəndələrinin iştirak etdiyi bu mötəbər toplantılar region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı sərmayə qoyuluşunun artırılması, tarixi İpək Yolunun canlandırılması, Avropanın enerji xəritəsini dəyişməyə qadir olan yeni-yeni nəhəng transmilli layihələrin reallaşdırılması işinə əhəmiyyətli töhfə verə bilər". Dövlət başçısı qeyd edib ki, Şərqlə Qərbi qovuşduran Xəzər regionu ötən yüzilliyin sonlarından dünyanın önəmli geostrateji mərkəzlərindən birinə çevrilmişdir: "Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin ardınca Trans-Anadolu və Trans-Adriatik boru xətlərinin tikintisinə dair yeni sazişlərin imzalanması Cənub Dəhlizinin gerçəkləşdirilməsi prosesinə güclü təkan vermiş, Xəzər enerji resurslarının daha əlverişli marşrutlarla dünya bazarlarına nəqlinə şərait yaratmışdır". İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı regionda və dünyada iritutumlu layihələr həyata keçirməyə, müxtəlif ölkələrin yanacaq-enerji kompleksinə, sənayesinə və sosial infrastrukturuna böyük məbləğdə sərmayələr yatırmağa imkan vermişdir: "Bizim təşəbbüsümüzlə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu isə Böyük İpək Yolunun bərpası istiqamətində növbəti addım olaraq müxtəlif svilizasiya və mədəniyyətlərin daha da yaxınlaşmasına xidmət edəcəkdir. Ümid edirəm ki, forumda aparılan müzakirələr və irəli sürülən təkliflər Xəzər bölgəsinin dövlətləri və xalqları arasında əlaqələrin genişlənməsinə, əməkdaşlığın yeni forma və istiqamətlərinin müəyyənləşməsinə, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir. Forum iştirakçılarını bir daha təbrik edir və toplantının işinə uğurlar diləyirə

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK