Qadin.NET / Bakıda yaponlara möhtəşəm hədiyyə

Bakıda yaponlara möhtəşəm hədiyyə

 

Yapon mətbəxi UNESCO-nun "Dünyanın Mədəni İrsi" siyahısına daxil edilib. Milli.Az Kyodo News-a istinadən bildirir ki, yapon milli mətbəxi və Yaponiyanın kulinar ənənələrinin siyahıya daxil edilməsi barədə qərar bu gün, UNESCO-nun Bakıda keçirilən beynəlxalq konfransında qəbul edilib. Yaponiyanın baş naziri Sindzo Abe qərardan qürur duyduqlarını deyib: "Mətbəximizin UNESCO siyahısına salınması yapon mətbəxinin inkişafına, habelə əcnəbilərin diqqətinin artmasına səbəb olacaq. Bundan başqa, ümid edirəm ki, ölkəmizin gəncləri milli mətbəx ənənələrinə daha diqqətlə yanaşacaqlar". UNESCO-nun Bakı konfransı dekabrın 7-də başa çatacaq.

 

Mənbə: Milli.Az
5 dekabr 2013
GO BACK