Qadin.NET / Azərbaycanda xaricilərdən xüsusi məlumatlar tələb olunacaq

Azərbaycanda xaricilərdən xüsusi məlumatlar tələb olunacaq

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla əlaqədar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 14-cü maddəsinə əlavələr təklif edilir. Əlavələrə əsasən, qeydiyyata alınacaq və qeydiyyatda olan xarici ölkələrin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəliklərindən onlar haqqında dövlət reyestrinə daxil edilən məlumatlar sırasına digər xüsusi məlumatlar da tələb olunacaq. Bunlar təşkilatın təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin, onun müavininin səlahiyyət müddəti, adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri barədə məlumatlardır. Bundan başqa, onlardan həmin qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlakının müvafiq məqsədlərə yönəldilməsi, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər barədə məlumatlar da tələb olunacaq. Layihə bu sessiya ərzində Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

 

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK