Qadin.NET / Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq

Türkiyə yığması millimizə qarşı bu heyətlə oynayacaq

 

Türkiyə futzal millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ömər Kanər millimizlə oyunlara 14 futzalçı çağırıb ki, bunların 5-i legionerdir.Bunlardan “Eyndhoven”in 19 yaşlı futzalçısı Adəm Koçak yığmamızın əksər üzvlərinə yaxşı tanışdır. Belə ki, o, ötən ay UEFA Kubokunda “Araz”ın 6:3 hesabı ilə qalib gəldiyi görüşün iştirakçısı olub. Türklər dekabrın 9-da bizim vaxtla saat 14:00-da “Titanic Kartal Business” otelində bir araya gəldikdən sonra həmin oyunların hazırlıqlarına başlayacaq.Qapıçılar: Mehmet Aşlamacı (Çubukluspor), Alpər Tolqahan Aytaş (“Qestel”, Hollandiya);Müdafiəçilər: Sami Büyüktopaç (“Şarlerua”, Belçika), Sərhat Çiçək (“Beşiktaş” futzal məktəbi), Onur Mengi (Kozlu Bələdiyyəspor), Onur Atik, Sümər Alvurdu (hər ikisi “Ankaraspor”), Kənan Kösəoğlu (“Sibataks”, Hollandiya);

Hücumçular: Cem Kəskin (Kartal Bələdiyyəspor), Yiğitcan Yenilməz (Ataköy Çobançeşməspor), Muhammet Altunay (“Bağcılar” İdman Klubu), Sərcan Gök (Mersin Toroslar Bələdiyyəspor), Adəm Koçak (“Eyndhoven”, Hollandiya), Cihan Özcan (“Kuypers”, Hollandiya).Qeyd edək ki, millimizin Türkiyə ilə oyunları dekabrın 10 və 12-də İstanbulda olacaq. Hər 2 qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK