Bakı bulvarına onlar qədər yaraşıq verən yoxdur, səsli-küylü olsalar da. İnsanlardan fərqli olaraq bulvara dincəlmək, gəzişmək üçün yox, qidalanmaq üçün gəlirlər. Onlar bulvarın sadiq qonaqları olan qağayılardır. Bulvar dəyişsə də, qağayıları heç dəyişmir, hər gün sahilə toplaşır, səs-küy qoparır, ancaq heç kimə mane olmur, əksinə zövq verirlər. Maraqlıdır, milyonlar bahasına dəyişən, gözəlləşən, çiçəklənən bulvarda bu təbii gözəlliyi pulla almaq olardımı?
Mənbə: Milli.Az