Dekabrın 28-dən "Azərbaycan Hava Yolları" QSC Tehrana gündəlik uçuşlar həyata keçirməyə başlayacaq.
Trend xəbər verir ki, bu barədə QSC-nin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.Məlumata görə, aviaşirkətin təyyarələri dekabrın 28-dən şənbə günləri də Bakıdan Tehrana və əksinə aviareyslər həyata keçirəcək.Təyyarə Bakıdan yerli vaxtla saat 11:15-də ucaçaq və elə həmin gün saat 13:55-də paytaxta qayıdacaq.Aviaşirkətin saytında yerləşdirilmiş reyslərin cədvəlinə görə hazırda QSC-nin təyyarələri Bakıdan Tehrana şənbə günlərindən başqa həftədə altı dəfə reyslər həyata keçirirlər.
Mənbə: Milli.Az