Xəbər verdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bir neçə gün öncə birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib.Modern.az saytına məlum olub ki, Xaləddin İsgəndərov özünə yeni müavin təyin edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2013-cü il tarixli əmri ilə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əliyeva Aygün Nəzif qızı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.Əliyeva Aygün Nazif qızı 29 iyul 1988-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsini, 2012-ci ildə müvafiq ixtisas üzrə magistratura pilləsini bitirib. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsi üzrə distant təhsil alır. 2010-cu ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini seçilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı vəzifəsində çalışır.
Mənbə: Milli.Az