Qadin.NET / Yeni Smatfonlar

Yeni Smatfonlar

 

Smartfonlar üçün nəzərdə tutalan proqram əlavələrinin sayı sürəkli, fasiləsiz artır. Android və iOS əməliyyat sistemi ilə çalışan smartfonlara yüklənməyə təklif olunan proqram əlavələri arasında ərə və ya arvada xəyanət üçün yaradılmışları da var.Milli.Az Gizmodo-ya istinadən bildirir ki, indi ABŞ və Avropada sürətlə populyarlaşan proqram əlavələri arasında 4-ü xüsusi diqqət çəkir.Onlardan biri "Ashley Madison"dur."Həyat çox qısadır, yasaq eşq yaşayın!" sloqanlı bu proqram əlavəsinin əsas müştəri kütləsi yaşı 40-ı keçən istifadəçilərdir.Bu proqram əlavəsi smartfon sahibinə ətrafındakı "evli, uşaqlı, amma özünü pis hiss edən" insanları təklif edir. Onların siyahısı hazırlanır, sonra bu adamlardan biri ilə mesajlaşmaq təklif olunur.Proqram əlavəsi daha sonra istifadəçiyə "qısamüddətli eşq görüşü" üçün otel də təklif edir.Arvadından və ya ərindən gizli olaraq ona xəyanət etmək istəyənlərə "Stock" təklif olunur."Əzizim, bir əşya bəyənmişəm, daha ucuzunu axtarıram" deməklə əri və ya arvadı aldatmaq olar. Amma əsas məqsəd subay məşuqun axtarılmasıdır. Evli kişi və ya qadın burada "stock", subaylar isə "alıcı" kimi qeydə alınır.SMS mesajlarını ər və ya arvadından gizi saxlamaq istəyənlərə "Black SMS" və ya "Invisible Text" proqram əlavələri təklif olunur. Bu proqram əlavələri smartfona yüklənəndən sonra gələn SMS-ləri yalnız 20 saniyə ərzində oxumaq olar. 20 saniyə keçəndən sonra SMS-lər qaralanır.Ər və ya arvadının xəyanətindən şübhələnənlər isə "FlexiSpy"dan faydalana bilərlər. Bu proqram əlavəsi blyutuz vasitəsilə qoşulduğu telefondakı bütün SMS-lər, danışıqlar, proqram əlavələrini izləməyə imkan verir.

 

Mənbə: Milli.Az
5 dekabr 2013
GO BACK