Trendin məlumatına görə, bu barədə Türkiyənin "Rəsmi Qəzet"i məlumat verib.Məlumata əsasən, iki dövlət arasında arxiv işi sahəsində əməkdaşlıq bu gündən etibarən qüvvədədir.2012-ci il mayın 10-da Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Türkiyə Respublikası Nazirlər Kabinetinin Dövlət Arxivləri Baş İdarəsi arasında "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında arxiv işi sahəsində əməkdaşlıq Protokolu" imzalanıb.
Mənbə: Milli.AZ