Qadin.NET / Vyetnamdakı delikates təamı

Vyetnamdakı delikates təamı

 

Vyetnamdakı restoranlardan biri müştərilərinə yerlilərin delikates saydıqları təamı təklif edir. Bu təamı vyetnamlılar "dadlı yemək" hesab etsələr də, iyrəncdir.Daha doğrusu, "təam"ın fotolarına baxmaq belə, adamın ürəyini bulandırır.Vyetnamın paytaxtı Hanoyun cənub həndəvərindəki "Dan Phuong" restoranında müştərilərə qızardılmış siçovullar təklif olunur.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qızardılmış siçovul Qırmızı çay və Mekonq sahillərində yaşayan yerlilər arasında çox populyar təam, delikates sayılır.Vyetnamlılar bu gəmiriciləri "su siçovulları" adlandırırlar və heyvanlar düyü tarlalarında məhsul yığımından sonra ovlanırlar.Mekonq çayının cənub deltasında fermerlərin sonradan satmaq üçün ovladıqları siçovullar paytaxt Hanoya və başqa şəhərlərə aparılır, sürətlə satılır.Hanoyda siçovul ətinin 1 kiloqramı 100 min dona, yəni təqribən 4-5 dollara satılır."Dan Phuong" restoranını sahibi Than Vonun dediyinə görə, müştərilər çox sevirlər."Düyü samanında qızardılmış siçovullar çox dadlı olur. Daimi müştərilərlə yanaşı, yeni gələnlər də bu təamın dadına baxandan sonra ona vurulurlar", - Than Von söyləyib.Onun sözlərinə görə, Hoay Dık bölgəsində tutulan siçovulların əti daha "dadlı və təravətli" olur.
Vyetnamdakı delikates təamı

Vyetnamdakı delikates təamı



Vyetnamdakı delikates təamı

Vyetnamdakı delikates təamı
Mənbə: Milli.Az
5 dekabr 2013
GO BACK