Qadin.NET / Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!

Türkiyə kuboku: "Fənərbağça" biabır oldu!

 

Milli.Az xəbər verir ki, futbol üzrə Türkiyə kubokunda IV turun oyunları davam edir.İkinci oyun günündə 7 qarşılaşma baş tutub.Ən böyük sensasiya "Fənərbağça" - "Fethiyespor" oyununda baş verib. Bir neçə dəqiqə bundan qabaq bitən oyunda "Fənərbağça" öz meydanında 1:2 hesabı ilə uduzub. Oyunun 45-ci dəqiqəsində "Fethiyespor"un oyunçusu Sabri Turqut topu öz qapısına göndərdi. Oyunun 77-ci dəqiqəsində hesab bərabərləşdi - "Fethiyespor"un oyunçusu Onur Okan fərqləndi. Oyunun 83-cü dəqiqəsində isə "Fethiyespor"un oyunçusu Ahmet Aras fərgləndi.

Türkiyə kuboku, III turun oyunları
4 dekabr
"Tavsanli Linyitspor" - "Akhisar" 0:1
"Tokatspor" - "İstanbul Böyükşehir" - 1:0
"İnegolspor" - "Qaziantepspor" - 3:2
"Balikesirspor" - "Trabzonspor" - 3:1
"Sivasspor" - "Silivrispor" - 1:0
"Gənclərbirliyi" - "Nazilli Belediyespor" - 0:1
"Fənərbağça" - "Fethiyespor" - 1:2
"Adana Demirspor" - "Bursaspor" 
3 dekabr
"Bardinmaspor" - "Elazığspor" - 0:2
"Qalatasaray" - "Qaziantep" - 2:2 (Penaltilər seriyası - 6:5)
"Antalyaspor" - "Cankirispor" - 4:2
5 dekabr
"Tarsus" - "Erciyesspor" 
"Eskisehirspor" - "Belediye Vanspor"

Mənbə: Milli.Az

5 dekabr 2013
GO BACK