ABŞ-ın şərqindəki Merilend ştatının sahillərindəki balıqçılar unikal kadrlar çəkiblər. Onlar balıqlardan birinə GoPro videokamerası bərkidərək tilovun qarmağına bağlayıblar və okean sularına atıblar.Kamera balığı parçalamaq istəyən köpəkbalığını çəkib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, uzunluğu 4,5-5,5 metr, çəkisi isə 1200 kq-a çatan mako köpəkbalıqları çox təhlükəli, aqressivdir.Bu yırtıcılar sudakı bütün canlıları şikar sayırlar və üzən insanı duyanda dərhal hücuma keçirlər.Atlantik okeanının təhlükəli yırtıcısının kadrlarını "Pumpin Hard" qrupu "Ocean City"nin yaxınlığında çəkib
Mənbə: Milli.Az