Rusiya Suriyaya kimyəvi silahlarını məhv edilməsi proqramı çərçivəsində bəzi tədbirlərin keçirilməsi üçün lazımi texnika verəcək. Trend RİA Novosti agentliyinə istinadən, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsiVitali Çurkin rusiyalı jurnalistlərə bildirib.Onun sözlərinə görə, bu, Suriyada kimyəvi tərk-silah əməliyyatı üçün maddi vəsaitin çatışmazlığı problemini həll etməyə imkan verəcək."Biz suriyalılara kimyəvi silahların məhv edilməsi proqramı çərçivəsində bəzi tədbirlərin keçirilməsi üçün lazımi texnika verməklə müəyyən köməklik göstərəcəyik," - diplomat deyib.
Mənbə: Milli.Az