Bakı bulvarında ağaca ev tikilir. Milli.Az-ın məlumatına görə, Dənizkənarı Bulvarda xaricdən gətirilmiş ağacların ətrafında dəmir konstruksiya ilə xüsusi qoruyucu qurulur. Bulvar ərazisində xeyli işçi ağacların örtüklənməsinə cəlb olunub.Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a açıqlamasında bildirdi ki, ağacları qorumaq üçün olan örtükləri xarici ölkədən gətiriblər. Xüsusi materiallardan hazırlanmış örtüklər ağacları soyuqdan qoruyacaq.
Rəis müavininin sözlərinə görə, hər ağac üçün müxtəlif örtüklərdən istifadə olunub. Hazırda 3 baobab ağacının soyuqdan qorunması üçün örtük qurulur. Kaktus ağacları isə artıq örtüyə bürünüb.
Mənbə: Milli.Az