Qadin.NET / "Azərbaycanla əməkdaşlıqda problemdən söhbət gedə bilməz"

"Azərbaycanla əməkdaşlıqda problemdən söhbət gedə bilməz"

 

Gömrük sahəsindəki əməkdaşlığımızda Azərbaycanla aramızda hər hansı problemdən söhbət gedə bilməz”. Bunu APA-ya açıqlamasında Türkiyənin ticarət və gömrük naziri Hayati Yazıcı deyib. APA-nın “Azərbaycanla sərbəst ticarət sazişi imzalamağı düşünürsünüzmü? Bununla bağlı gördüyünüz işlər varmı?” sualına Hayati Yazıcı belə cavab verib: “İki qardaş ölkə olaraq ticarət sahəsində önəmli addımlar atırıq, beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində əlaqələrimizi daha da  genişləndiririk. İndiyə qədər imzaladığımız sazişlərin hamısını həyata keçirməyə çalışırıq. Sərbəst ticarət sazişi daha çox İqtisadiyyat nazirliyimizi maraqlandıran bir məsələdir. Amma Azərbaycanla aramızda gömrük sahəsində əməkdaşlıq sazişi var, o çərçivədə əməkdaşlığımızı inkişaf etdirmək üçün lazımi işləri görürük”. APA-nın “Gömrük sahəsindəki əməkdaşlıqda iki ölkə arasında hər hansı problem varmı?” sualına cavab olaraq Türkiyənin ticarət və gömrük naziri bildirib ki, mövcud sazişlərə uyğun olaraq, ölkələrimiz arasında gömrük sahəsindəki əməkdaşlıqda hər hansı problemdən söhbət gedə bilməz.

 

Mənbə: Lent.Az

5 dekabr 2013
GO BACK