Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə az yağıntılı olacaq. Temperatur gecə 2-7° şaxta, bəzi yerlərdə 10°-dək şaxta, gündüz 7-12° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 7-12° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 2-7° şaxta olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 5-10° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Temperatur gecə 2-5°, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 5-8° isti olacaq.
Tibbi-meteoroloji proqnoz Dekabrın 8-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, dekabrın 7-də atmosfer təzyiqinin qısa müddətdə xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi diskomfort hissi yarada bilər.
Mənbə: Milli.Az