Qadin.NET / 1 milyon dollarlıq əsərə 100 avro

1 milyon dollarlıq əsərə 100 avro

 

Dünyaca məşhur rəssam Pablo Pikassonun 1 milyon dollarlıq tablosu 100 avronun müqabilində yeni sahibinə qovuşacaq. Milli.Az European-a istinadən bildirir ki, "Sotheby's"in Parisdə keçirdiyi hərracda Pikassonun "Opera papaqlı adam" tablosu adı açıqlanmayan şəxs tərəfindən 1 milyon dollara satın alınıb. Həmin şəxs tablonu UNESCO-nun "Dünya Mədəni İrsi" siyahısındakı şəhərlər arasında yer alan, Livanda yerləşən Tirə yardım məqsədilə yaradılmış Beynəlxalq Tirin Xilası Fonduna verib. Fond lotereya keçirəcək və 100 avroya lotereya bileti alan şəxs bəxtli olarsa, "Opera papaqlı adam"a yiyələnəcək. 1picasso100euros.com saytında satışa çıxarılmış 50 min lotereya biletindən 40 mini artıq satılıb.

 

Mənbə: Milli.Az
4 dekabr 2013
GO BACK