Qadin.NET / "Şagirdlər tədris prosesi zamanı həddən artıq yüklənirlər"

"Şagirdlər tədris prosesi zamanı həddən artıq yüklənirlər"

 

"Bu gün ali məktəblərdə təhsilin idarə edilməsi adlı fakültə yoxdur. Bu, o deməkdir ki, biz təhsilin idarə edilməsini ayrıca bilik və bacarıqlar tələb edən peşə kimi tanımırıq". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib. Nazirin sözlərinə görə, bu gün Azərbaycanda 4500 orta məktəb var. Buna görə də bu gün orta təhsil sistemində 4500 təhsil menecerinə ehtiyac var. M.Cabbarov qeyd edib ki, məktəblərin idarə edilməsində valideynlərin rolunun artırılması təhsil sisteminin mühüm hədəflərindədir. Bu, yalnız təhsil sistemində valideynlərin iştirakına olan ehtiyacdan irəli gəlmir: "Təhsil sistemində olan real və obyektiv problemlərlə bağlı valideynlərin maarifləndirilməsi sahəsində müəyyən probemlər var. Valideynlərin təhsil sistemində daha fəal iştirakını təmin etməklə bu çatışmazlığı aradan qaldırmaq niyyətindəyik". Nazir şagirdlərin tədris prosesi zamanı yüklənməsi məsələsinə də toxunub. O qeyd edib ki, valideynlər hər zaman şagirdlərin tədris prosesi zamanı həddən artıq yükləndiyini deyirlər: "Müəyyən mənada hesab edirəm ki, bu, belədir. Bu istiqamətdə bir sıra islahatların həyata keçirilməsi nəzərdə tutulub".

Mənbə: Milli.Az

 

4 dekabr 2013
GO BACK