İsveçrənin xarici işlər naziri Didye Burkxalter dekabrın 4-də ölkə prezidenti seçilib. O, səlahiyyətlərinin icrasına 2014-cü ildə başlayacaq.“Media forum” saytının məlumatına görə, İsveçrə Liberal Partiyasını təmsil edən 53 yaşlı siyasətçi bu gün parlamentdə səsverməyə qatılan 202 deputatdan 183-nün dəstəyini alıb.Burkxalter 2014-cü ilin yanvarın 1-də prezident postunda Ueli Maureri əvəz edəcək. Yeni prezident xarici işlər naziri vəzifəsini də saxlayacaq.İsveçrədə prezident 1 illiyə seçilir.
Mənbə: Milli.Az