Qadin.NET / Xəzəryanı ölkələrin iştirakı ilə birgə teatr festivalının keçirilməsi müzakirə edilir

Xəzəryanı ölkələrin iştirakı ilə birgə teatr festivalının keçirilməsi müzakirə edilir

 

"İran və Azərbaycan teatr sahəsində əməkdaşlığı artırmaq üçün sənəd imzalayacaq. Hazırda bu sənədin layihəsi hazırlanıb". Bunu İranın İfa Yaradıcılıq Mərkəzinin sədri Qadir Aşna deyib.Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.Q.Aşnanın sözlərinə görə, sənədin hazırlanması məqsədilə bir müddət öncə İrandan nümayəndə heyəti Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıda səfərdə olub.Q.Aşna bildirib ki, hazırlanmış sənəd layihəsi yeddi bənddən ibarətdir: "İki ölkənin teatr xadimləri və aktyorlarının təcrübə mübadiləsi, ssenarilərin tərcüməsi, müştərək tamaşaların hazırlanması və hər iki ölkədə nümayişi, seminarların keçirilməsi, teatr aktyorlarının konfranslarda iştirakı, hər iki ölkədə keçiriləcək festivallarda tamaşaların qoyulması kimi məsələlər bu sənəddə razılaşdırılıb". Onun sözlərinə görə, görüş zamanı təklif olunub ki, İran və Azərbaycan Xəzəryanı ölkələrin iştirakı ilə birgə teatr festivalının keçirilməsi sahəsində əməkdaşlıq etsinlər.

Mənbə: Milli.Az

4 dekabr 2013
GO BACK