Havanın temperaturunda anomal gediş müşahidə olunub. Dekabrın 3-ü günün birinci yarısında temperatur 10-11 dərəcə isti olub, axşama doğru havanın temperaturu 2-4 dərəcə isti təşkil edib.Qar örtüyü Qusar rayonunun dağlıq ərazilərində 23 sm, Altıağacda 20 sm təşkil edib. Xaldan, Susay, Qonaqkənd kəndlərində 18 sm qar örtüyü qeydə alınıb, Lerikdə 15, Yardımlıda 13, Quba, Qusarda 12 sm qar örtüyü əmələ gəlib. Daşkəsən, Göygöldə 7 sm qar örtüyü müşahidə olunub.
Məlumata görə, Abşeron yarımadasında da gecə saatlarında və səhər erkən yağışın sulu qarla qarışıq düşməsi qeydə alınıb. Gözlənildiyi kimi, bu proses qısamüddətli olub. Səhər saatlarından yağıntıların tədricən kəsilməsi proqnozlaşdırılırdı.
Dekabrın 4-də gündüz saatlarında ölkə ərazisində artıq yağmursuz hava şəraiti bərqərar olunacaq. Dekabrın 5-də Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir. Əsasən, yağmursuz hava şəraiti davam edəcək, külək cənub-qərb istiqamətli olacaq və dekabrın 5-i günorta saatlarında bu günə nisbətən havanın temperaturu 2-3 dərəcə artacaq, 11-12 dərəcəyə qədər isti müşahidə olunacaq.
Mənbə: Milli.Az