Ukraynanın Krım bölgəsindəki müəmmalı güzgülü antenlər və parabolik strukturlar, habelə projektorlardan ibarət stansiyanın nəyə xidmət etdiyi, nə üçün yaradıldığı bəlli deyildi.Yaltada, Qara dəniz sahilindəki Kasiveli qəsəbəsinin yaxınlığında yerləşən bu məkan 1960-cı illərdə, sabiq Sovetlər Birliyi dönəmində hazırlanmışdı.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ukraynalı bloqer Sergey Anaşkeviçbu sirri açıb.Yaltadakı Katsiveli qəsəbəsi yaxınlığındakı stansiya Ukraynanın Milli Elmlər Akademiyasına məxsus idi. Ukraynalı alimlər Marsa göndəriləcək zondun Günəş şüaları altında yanıb-yanmayacağını, hətta metalları belə əridərək kəsəcək "Günəş bıçağı"nı düzəltməyin yollarını, Günəş şüalarından 4 min dərəcəlik temperaturu generasiya etməyin yollarını arayırdılar.Bu məkan Ukrayna Milli Elmlər Akademiyasının Materialşünaslıq Problemləri İnstitutunun heliostansiyası olub.Güzgülərlə örtülmüş onlarla metallik konstruksiyanın yerləşdiyi stansiya 1967-ci ildə yaradılmışdı və məqsəd Günəş enerjisinin imkanlarının öyrənilməsi idi.Stansiyanın yerinin seçimləsinin də səbəbləri vardı. Katsivelidə Ukraynada ən şəffaf hava, ən böyük Günəş radiasiyası seli var və burada səmada buludlar, demək olar ki, olmur. Stansiyada diametri 5 metr olan güzgülü peyk anteni vasitəsilə Mars atmosferinə yollanacaq radiozondun istilik müdafiə sistemləri yoxlanılıb. Bu "Boşqab"da 12 min kiçik güzgü vardı.Heliostansiyanın ilk rəhbəri Raisa Biryukova olub.
Mənbə: Milli.Az