Cənubi Afrika Respublikasının Pretoriya şəhərinin yaxınlığındakı "Londolizi" özəl qoruğunda iki erkək pələng arasında amansız dava düşmüşdü.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bir-birlərini qanlarına qəltan edən pələnglərin davası 45 dəqiqə çəkib."Pələng kanyonları" kimi bütün dünyada məşhur olan özəl qoruqdakı davaya alman fotoqraf Marion Volborn təsadüfən şahid olub."Orada iki erkək pələngi gördüm. Onlar ərazilərini qorumaq üçün toqquşdular. Yaxınlıqda dişi pələng vardı, amma davaya qarışmadı", - Volborn deyib.
Mənbə: Milli.Az