APA-nın verdiyi məlumata görə, ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Burada yağıntının miqdarı 23 santimetrə çatıb. Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, Xızı rayonunun Altıağac qəsəbəsində qarın qalınlığı 20 sm, Quba və Qusara 12 sm, Xaltan-Susay-Qonaqkəndə 15 sm, Küpçal-Təngəaltı-Qonaqkənd zonasına isə 10 sm təşkil edir. Temperatur isə dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə isə mənfi 5-6 dərəcəyə enib.
Mənbə: Milli.Az