Qadin.NET / Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

Prezident: "Gürcüstan Rusiya ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvilibəyan edib.“İki ölkə arasında ticarət dövriyyəsinin artmasının Rusiya tərəfindən gələcəkdə Gürcüstana təzyiq aləti kimi istifadə ediləcəyi barədə söhbətlər, Rusiya ilə əməkdaşlığın genişləndirilməməsinə əsas olmalı deyil. Qoy heç kim narahat olmasın ki, Rusiya ilə ticarət dövriyyəsinin artması elə həddə çata bilər ki, gələcəkdə onun azalması Gürcüstanda vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, - deyə Gürcüstan prezidenti qeyd edib. 

Mənbə: Milli.Az

4 dekabr 2013
GO BACK