2014-ci ilin 12 iyunundan 13 iyula kimi 12 şəhərdə keçiriləcək futbol üzrə Dünya çempionatının rəsmi topu seçildi. Milli.Az İTAR-TASS-a istinadən xəbər verir ki, milyon nəfər braziliyalı arasında keçirilən internet –konkursda respondentlərin 70 faizi topun adının “Brazuka” olmasına səs veriblər.“Brazuka” sözünun mənası portuqal dilində xoş, şən, yaxşı mənasını verir.