Qadin.NET / Metroda rahat getmək istəyirsiniz?

Metroda rahat getmək istəyirsiniz?

 

 

Metroda rahat getmək istəyirsiniz?

 

Metroda rahat getmək istəyirsiniz?
"Mənə toxunmağa belə, cəhd göstərmə. Bunu ağlına da gətirmə". Yeni ixtira sanki belə deyir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Sinqapurun Milli Universitetində keçirilmiş "Chindogu" adlı beynəlxalq dizayn seminarında tələbələrə ictimai nəqliyyatda "şəxsi məkanın mühafizə olunması" ilə bağlı layihəni reallaşdırmaq tapşırılmışdı.Müsabiqədə Syu Min Çen də iştirak edirdi. Çenin layihəsi sahibinə metroda basabasdan qurtularaq rahat getməyə imkan verən tikanlı "zireh"dir.Bu zireh ətrafdakılara ziyan verən və ya xəsarət yetirən deyil, çünki Syu Min Çenin "zirehli jilet"i adi dükanlarda satılan plastik materiallardan hazırlanıb."Spikey" adlı jileti metroda ən gur saatlarda belə, sahibinə basabasdan qurtulmağa imkan verir.
"Metroda rahat getmək istəyirsiniz? Onda "Spikey"dən yararlana bilərsiniz", - Syu Min Çen söyləyib.
Mənbə: Milli.Az
4 dekabr 2013
GO BACK