Kiyevdə etirazçılar Müstəqillik meydanına çıxan bütün yolları nəqliyyat vasitələri ilə bağlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hakimiyyətin siyasətinə qarşı çıxış edən etirazçılar yolların hərəkət hissəsini nəqliyyat vasitələri ilə bağlayıb.Etirazçılar aksiyanın dağıdılmasının qarşısını almaq məqsədi ilə barrikadaların ətrafına su töküb.Etirazçıların fikrincə, bu cür üsul (şaxtalı havada su dərhal buza çevrilir) polisin barrikadalara yaxınlaşmasının əngəlləşdirəcək.Qeyd edək ki, mitinqin təşkilatçıları meydanda əlavə çadırlar quraşdırmağa başlayıb. Müstəqillik meydanına daim ərzaq məhsulları, isti paltarlar və odun gətirilir. Krımda yerləşən Ukrayna DİN-in daxili qoşunları paytaxt Kiyevə ezam olunub.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Regionlar Partiyasının ötən gün yaydığı bəyanatında deyilir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, “1+1” telekanalının məlumatına əsasən, bu barədə daxili qoşunlar komandanlığının Krim idarəsinin rəhbəri Nikolay Balan bəyan edib. “Xüsusi təyinat dəstəsi, Simferopol şəhərində yerləşən hərbi hissə və Krasnokamenka qəsəbəsindəki hərbi hissənin – bu üç hərbi birləşmənin əsgərləri ezam olunub”, - deyə Balan bildirib. Bununla belə, o, Kiyevə ezam olunmuş hərbçilərin sayını açıqlamayıb. Balan qeyd edib ki, qoşunlara kütləvi aksiyalar zamanı ictimai asayişin qorunması barədə əmr verilib. Daxili qoşunların baş idarəsində qeyd ediblər ki, “Milis haqqında”, xüsusilə “Daxili qoşunlar haqqında” qanunların pozuntusuna yol verilməyib. “Daxili qoşunlar mitinqlərin dağıdılmasında iştirak etmir, onlar yalnız “canlı sədd”lərin qurulmasına cəlb olunur. Bizim bu günə olan vəzifəmiz – hakimiyyət orqanlarının fəaliyyətini bərpa etmək və ictimai asayişi qorumaqır”, - deyə Ukrayna DİN daxili qoşunların hüquq idarəsinin rəisi Dmitri Şetinin bildirib. Bu arada Ukraynanın hakim Regionlar Partiyası müxalifəti güc tətbiq etməklə hakimiyyəti ələ keçirməyə cəhd etməkdə ittiham edir.“Son bir neçə günün dramatik hadisələri müxalif siyasi qüvvələrin hakimiyyəti ələ keçirməyə yönəlmiş cinayətkar niyyətlərini, güc ssenarisinin fəal mərhələsinə başlamağa hazır olduqlarını aydın nümayiş etdirib. Müxalifət liderlərinin birbaşa göstərişi ilə ölkədə dövlət çevrilişi cəhdinə istiqamətləndirilmiş hərəkətlər addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir”, - deyə partiyanın bəyanatında bildirilir.Regionlar Partiyası bəyanatda, həmçinin prezident Viktor Yanukoviçə tam dəstəklədiyini bildirib.Bundan başqa, partiya Baş Prokurorluqdan inzibati binaların ələ keçirilməsinə, yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin hərəkətlərinə hüquqi qiymət verməsini tələb edib.Regionlar Partiyası, həmçinin etirazçılar tərəfindən bloklanmış hakimiyyət orqanlarının fəaliyyətini təmin etmək məqsədi ilə tərəfdarlarını səfərbər etdiyini elan edib.
Mənbə: Milli.Az