Qadin.NET / Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı

Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı

 

Anspress yazır ki, dünən gecəboyu paytaxtın müxtəlif istiqamətlərindəki yanacaqdoldurma məntəqələrinin qarşısında eyni mənzərə müşahidə olunurdu. Heç kim benzini köhnə qiymətə satmaq istəmirdi.Amma çox keçmədi ki, məntəqələr yanacağı sürücülərə yeni tariflərlə təklif etməyə başladılar. Dünən gecə yanacaqdoldurma məntəqələrinin lövhələrində artan, benzinin qiyməti yazılmasa da, gün ərzində problem həllini tapdı. Bütün məntəqələrdə benzinin satış qiyməti yeni tariflərə uyğunlaşdırıldı.Gözlənilmədən qalxan benzinin qiyməti bu gün şəhəriçi avtobuslarda qiymət artması ilə müşahidə olundu. 20 qəpik olan marşurutların bəziləri gediş haqqını 40 qəpiyə qaldırmışdı.Nəqliyyat Nazirliyi isə avtobuslarda qiymətin süni şəkildə artırıldığını bildirərək sərnişinləri gediş haqqını əvvəlki qayda ilə ödəməyə çağırır.

Mənbə: Milli.Az

4 dekabr 2013
GO BACK