Qadin.NET / AFFA "Neftçi"nin futbolçusuna rəhm etdi

AFFA "Neftçi"nin futbolçusuna rəhm etdi

 

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.Trend-in məlumatına görə, iclasda "Neftçi" PFK-nın futbolçusu Flavio Aleks Valensio barədə müraciətə baxılıb.Müzakirələrdən sonra AFFA İntizam Komitəsinin Flavinyo barədə çıxardığı 26.11.2013-cü il tarixli qərarın qismən dəyişdirilməsi barədə qərar qəbul olunub. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılır, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunur.
6 aylıq sınaq müddəti ərzində Flavinyo analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
Mənbə: Milli.Az
4 dekabr 2013
GO BACK