Qadin.NET / Azərbaycan peyki Livan telekanallarının yayımına başladı

Azərbaycan peyki Livan telekanallarının yayımına başladı

 

Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə Livan televiziya kanallarının yayımına başlanılıb. Bu barədə Trend-ə "Azərkosmos" ASC-dən deyiblər.ASC-dən deyiblər ki, hazırda Azərbaycanın "Azerspace/Africasat-1" peyki vasitəsilə yayımlanan telekanalların sayı 63 ədədə çatıb. Ümumi telekanallardan 8-i (AzTV, İctimai Televiziya, CBC, Xəzər, ANS, Mədəniyyət, İdman Azərbaycan, Azad Azərbaycan) yerli kanaldır.Televiziya kanalları ilə yanaşı, peyk vasitəsilə 11 radiokanalın yayımı da həyata keçirilir.ASC-dən deyiblər ki, "Azerspace-1" peyki vasitəsilə yayımlanacaq telekanalların sayı getdikcə artırılacaq. Hazırda TV kanallarının həm standart, həm də birbaşa yayımı həyata keçirilir.

 

Mənbə: Milli.Az
4 dekabr 2013
GO BACK