Naxçıvan Muxtar Respublikasında gecə bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Temperatur gecə 0-5° şaxta, gündüz 4-9° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə bəzi yerlərdə yağıntılı olacaq, sulu qar, qar yağacaq, səhər və gündüz əsasən yağmursuz keçəcək. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5 isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı, səhər və gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı var. Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Temperatur gecə 0-4°, gündüz 4-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.
Mənbə: Milli.Az