Qoç - uğur vəd edən gündür. Diqqətli olun, yeni təmayülləri izləyin. Fikir və təşəbbüslərinizin yaxın ətrafınızdakı insanlar tərəfindən qəbulu üçün təsirlərə əl atmayın. Yaşamınızda yeni imkanlar paradoksal şəkildə yarana bilər. Qüvvənizi mənasız işlərə sərf etməyin. Ən vacib məsələ ilə məşğul olun. Daxili gərginlik sizi yora bilər. Günün ikinci yarısında işlərə yardımçı cəlb edin. Layihənizi reallaşdırmağa başlayın. Avadanlıq, texnika və mexanizmlərlə çalışarkən diqqətli olun.
Buğa - dəqiq niyyətləriniz olmadan danışıqlar aparmayın. Planlar və ideyalar cazibədar təsir bağışlaya bilər. Lakin dəqiq hesab və ilkin hazırlıq olmalıdır. Başladığınız işlərdə, tələb və niyyətlərinizdə ifrata varmayın. İşgüzar münasibətləriniz və yaxın təmaslarınızın olduğu insanlarla sərt davranmayın. Rəqibləriniz mühüm məsələnin həllində axtarışlarda olanda siz onları üstələyə bilərsiniz. Günün ikinci yarısında çətinliklər mənfəətə çevriləcək.
Əkizlər - yaxın gələcəkdəki perspektivlər üçün fövqələdə dərəcədə mühüm gündür. Yaşanan saatlar istiqamətin dəyişməsi, kursun fərqli istiqamətə yönəlməsinə səbəb ola bilər. Bir işin xətrinə başqasından imtina edə bilərsiniz. Sizə faydalı ola biləcək insanlarla görüşün. Dostlarla ünsiyyətdə fayda var. Romantik münasibətlərdə məntiq az, iradlar çoxdur. Sevdiyiniz insanla münasibətlərinizi tarıma çəkməyin.
Xərçəng - adətən görmədiyiniz işlər sizi gözləyir. Ağır, çətin gündür. Dəyişiklik, problemlərdən qurtuluş istəyi yaranır. Gərginlik artır. Planlar sizdən asılı olmayaraq dəyişə bilər. Bütün əkslikləri adi, ənənəvi yollarla aradan qaldırmaq mümkün deyil. Mübahisə, əlavə iş istisna deyil. Günün ikinci yarısında məqsədə çatmaq üçün yasaq metodlardan istifadə etməyin. Çətin olsa da, səbrli və müdrik davranın. Təsir edə bilmədiyiniz şərtləri müəyyənləşdirin, güzəştə ehtiyac yaranarsa, gecikməsin. Qalmaqallara meylli insanlardan uzaq durun. Pozitiv dəyişikliklər tərəfdaşın aktivliyi, onların yeni ideyaları və təşəbbüsü ilə bağlı ola bilər. Onların qərarı əsl avantüra təsiri bağışlasa da, etiraz etməyin.
Şir - hadisələrin təbii axarı aktivliyinizi müəyyənləşdirməlidir. İstənilən iş üçün münbit gün olduğundan şəraitdən maksimum yararlanın. Mümkün çətinlikləri əvvəlcədən təxminləmək üçün intuisiyanızı işə salın. Bilik və informasiya axtarışında, ünsiyyətdə sizi maraqlı hadisələr gözləyir. Günün ikinci yarısında yaşamınıza spontan daxil olan ünsürlərlə maraqlanın. Prioritetlər az sonra özləri dəqiqləşəcək. Yaxın ətrafınızdakı stress vəziyyətlərə reaksiya verin. Yardım istəyənə dəstək olun. Məsləhətləriniz fayda verə bilər.
Qız - yaxın gələcəyin proqnozlaşdırılması və planlaşdırılması üçün əlverişli zamandır. Cari hadisələri anlamaq və yeni ideyalar formalaşdırmaqda sizə yardımçı ola biləcək insanlarla ünsiyyətdə olun. Prioritetləri müəyyənləşdirin, yaxın perspektivdəki hadisələrin bəzilərini təxminləməyə çalışın. Resurslarınızı dəyərləndirin, onları artırmağın yollarını düşünün. Günün ikinci yarısında şəxsi münasibətlərdəki situasiyanı müzakirə edin. Problemləri aşkarlayaraq onları aradan qaldırmağın yollarını düşünün. Hisslərdə romantika qıtlığı var. Mühüm qərarların qəbulunda məntiqli davranın.
Tərəzi - istirahəti unudaraq aktiv çalışın. Ünsiyyəti məhdudlaşdırın, ümumi maraqlarınız olan insanla birgə fəaliyyətin prinsiplərini razılaşdırın. Bu gün introvert əhvaldasınız. Gələcəklə bağlı planlar qurun. İşgüzar toplantılara qatılın, peşəkar məsələləri həll edin, yazışın. Günün ikinci yarısında yaxın ətrafınızda mühüm hadisələrin ərəfəsi başlanır. Proseslərin mərkəzində olmağa çalışın. Aldığınız məlumatları təhlil edin ki, yaşanan olaylar sizi naqolay vəziyyətdə qoymasın. Ev işləri, ailəvi tədbirlər, alınan əşyaların müzakirəsi üçün əlverişli zamandır. Əmlak məsələlərini həll etmək olar.
Əqrəb - tərəfdaşlarınızı diqqətlə dinləyin. Bu gün yaxşı məsləhətlə bahəm, sizi çoxdan bəri narahat edən suala cavab ala bilərsiniz. Ciddi problemləriniz varsa, məşvərət almaq üçün əlverişli gündür. Günün ikinci yarısında şəxsi münasibətlərdəki çətin situasiyanı müzakirə etmək üçün münbit zəmin yaranır. Səfər, çoxdan bəri ünsiyyətdə olmadığınız insanla təmasların bərpası üçün yaxşı vaxtdır. Yarımçıq işi başa vurmaq, kiçik təmirlə məşğul olmaq olar. Əyləncələr romantik hisslər yaratmayacaq. Amma ünsiyyətdən praktiki fayda əldə etmək olar.
Oxatan - münasibətlər, maliyyə məsələləri və borc problemləri ön plana çıxır. Bəzi qərarları yeniləri ilə əvəzləmək zamanıdır. İki bənzər variant arasında seçim etmək asan deyil. Həyatınızda yeniliklər və dəyişikliklər dövrüdür. Lakin onlar asan olmayacaqlar. Günün ikinci yarısında münasibətlərdəki durum sizi əvvəlki dövlərdəki kimi qane etmir. Sizsiz də problemli yönlərini nümayiş etdirən məsələləri daha da ağırlaşdırmayın. Günün ikinci yarısında münasibətlərdə harmoniya yaradın. Situativ marağı uzunmüddətli proqrama döndərə bilərsiniz. Səhhətinizə fikir verin.
Oğlaq - hadisələr indi aktiv formalaşma mərhələsindədir. Laqeyd seyrçi mövqe tutmayın, konkret nəticələrdən asılı duruma düşməyin. İşdə dəqiq olun, təlimatlara və intizama riayət edin. Günün ikinci yarısında situasiya cari planları dəyişə bilər. Dəyişikliklərin arxasında sizə optimal olan perspektivləri görsəniz, təhlükəsizlik hissi bərpa olunacaq. Şəxsi münasibətlərdə güzəştə getməyi bacarın. Səmimi və qayğıkeş olun. Hisslərdə gərginlik varsa, uzun-uzadı müzakirələrə can atmayın.
Dolça - diqqətinizi ən mühüm məsələyə yönəldərək fəallıq sahəsini məhdudlaşdırın. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Tərəfdaşlar fəaliyyət müstəvisini genişləndirmək istəyirlər. İşlərin əsas hissəsinin onlar tərəfindən yerinə yetirilməsinə mane olmayın. Günün ikinci yarısında qəfil hadisə və ya gözlənilməz xəbərə dürüst reaksiya verin. Seçiminiz ani, dəqiq olsun. Çox çalışmaq sizdə ifrat yorğunluq hissi yarada bilər. Yaşam arealı ilə yanaşı, fikirlərinizdə nizam yaradın. Axşam saatları yeni mövzu impuls səviyyəsində təkan verə bilər. Süni təkana əl atmayın. Fiziki iş üçün yaxşı zamandır.
Balıqlar - ən zəif müqavimət yolunu seçin və hadisələrin müstəqil inkişaf etməsinə mane olmayın. Yaşam sizdən aktiv və sürətli qərarlar tələb edir. Yaşananlara ciddi yanaşın. Borc vermək və ya borc almaq məsləhət deyil. Üstün olduğunuzu hiss etdiyiniz sahələrdə təkmilləşməyə çalışın. Uzaqdan xoş xəbərlər alacaqsınız. Həmfikirlər sizə yardım edəcəklər. Günün ikinci yarısında gərəksiz əşya və ya mənasız hissdən qurtulun. Ailə və evin sizin təşəbbüsünüzə ehtiyacı var. Yaxınlarınıza hədiyyələr verin.
Mənbə: Milli.Az