Amerikalı alimlər ağciyərə ehtiyacı olanlar üçün ağciyər donorlarının artırılmasına yol aça biləcək proqram üzərində işləyirlər. Onların səyləri dünyasını yenicə dəyişmiş donorun ağciyərinin sağlam saxlanmasına yönəlib. Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Çapel Hildəki Karolina Universitetindən doktor Tomas İqanın başçılıq etdiyi qrup bu sahədə araşdırmalar aparır. İnsan dünyasını dəyişdikdən sonra ağciyər digər orqanlarla müqayisədə daha gec ölür, çünki onun daxilində hələ də hava qalır. Doktor İqan alimlərin ağciyərin qalma müddətini uzatmağa çalışdıqlarını deyir: “Bu, donorluq üçün nəzərdə tutulan ağciyərlərin artmasına gətirib çıxaracaq. Hazırda ABŞ-da ildə 1800 ağciyər köçürülür. Lakin biz bu sayı artıra bilərik, ildə 40-50 min edə bilərik”. Minlərlə insan rahat nəfəs almaq üçün ağciyər transplantasiyasına növbədədir. Onlardan biri də Liza Baumandır. Liza deyir ki, o, heç vaxt normal nəfəs ala bilməyib. Lakin xəstəxanada ölməmiş donordan ağciyəri götürmək hər zaman mümkün olmur. Beləliklə götürülmüş ağciyərlərin 80 faizi yararsız olur. Ağciyər donorları adətən xəstəxanalarda ölən xəstələr olur. Bu insanlar adətən uzun müddət xəstə olduqları üçün müxtəlif səbəblərdən onların ağciyərləri zədələnir. Doktor İqan evdə, yaxud başqa ictimai yerlərdə qəfildən ölənlərin ağciyərlərini axtarır. Doktor İqanın komandası donorluğa verilən bir cüt ağ ciyər uzərində ex-vivo adlanan prosedur keçirir. Buradakı cihaz ağciyərin fəaliyyətini, ciyərin xəstə olub-olmadığını, ciyərdəki çatışmazlığı müəyyən edir və ciyəri hava ilə təchiz edir. “Bunu dəfələrlə etməklə biz ağciyərin effektivliyini və səmərəliliyini artırmağa can atırıq ki, qəfil ölümdən sonra orqan yararlı qalsın”, - deyə doktor İqan bildirir. Yoxlamadan keçən ağ ciyərlər Milli Səhiyyə İnstitutlarının araşdırmasında iştirak edən adamlara köçürüləcək. Nadir bir genetik xəstəliyin ağciyərini zədələdiyi Lisa Bouman təzə ağ ciyər üçün artıq iki ildir növbədədir. O, yeni araşdırmaların ona lazım olan ağciyəri tapmağa yardım edəcəyi ümidi ilə yaşayır. “Mən bundan daha yaxşı şey təsəvvür edə bilmirəm. Yenidən normal nəfəs almaqdan böyük xoşbəxtlik ola bilməz”. Transplantasiya mütəxəssisləri də bu proqramın gedişatını dərin maraqla izləyirlər.