Qadin.NET / Vladimir Putin Köçəryanla görüşdən imtina edib

Vladimir Putin Köçəryanla görüşdən imtina edib

 

 

Ermənistanın keçmiş prezidenti Robet Köçəryan iki dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün müraciət etsə də, cəhdləri boşa çıxıb. Modern.az saytı bildirir ki, bu haqda Ermənistanda nəşr olunan “Qrapark” qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, son vaxtlar Köçəryanla Putin arasında münasibətlər gərginləşib. Ermənistanın ikinci prezidentinin məhz münasibətlərə aydınlıq gətirmək məqsədilə Putinlə görüşmək istədiyi bildirilir. Digər bir məlumata görə, Rusiya prezidentinin dekabrın 2-də Yerevana səfəri zamanı keçirilən qəbula da Robert Köçəryan dəvət olunmayıb. Keçmiş prezidentin ofisinin rəhbəri və mətbuat katibi Viktor Soqomanyan isə deyib ki, Köçəryan ötən həftədən xaricdədir. Bununla belə, o etiraf edib ki, Putinin qəbuluna keçmiş dövlət başçısı dəvət də olunmayıbmış.

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK