Qadin.NET / Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

 

Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək

Dekabrın 5-dən 10-a qədər Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya Filmləri Həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.Az-a verilən məlumata görə, Bakıya səfər edəcək Rusiya nümayəndə heyətinin tərkibinə Rusiya Kinematoqrafçılar İttifaqı sədrinin birinci müavini Sergey Lazaruk, sənədli filmlər rejissoru İqor Qriqoryev, teatr və kino aktyoru Mariya Semyonova və “Fest-film” studiyasının baş direktoru İrina Korçagina daxildir. Film həftəsinin açılışı dekabrın 5-də saat 19:00-da rejissor Andrey Malyukovun “Matç” (“Матч”)  filminin nümayişi ilə olacaq. Növbəti günlərdə isə, proqrama uyğun olaraq 6 dekabr, 19:00-da “Mən yanında olacam” (“РЇ Р±СѓРґСѓ СЂСЏРґРѕРј”), 7 dekabr 19:00-da “Şpion” (“РЁРїРёРѕРЅ”), 8 dekabr 19:00-da “İki gün” (“2 Дня”), 9 dekabr 13:00-da “Kino ərazisində müharibə” (“Р’РѕР№РЅР° РЅР° территории”), 19:00-da “Metro” (“Метро”), 10 dekabr 13:00-da  “Ku! Kin-dza-dza” (“РљСѓ! РљРёРЅ-РґР·Р°-РґР·Р°”) filmləri nümayiş olunacaq, giriş sərbəstdir. Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, “Fest-film” studiyası və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

 Mənbə: Lent.Az

3 dekabr 2013
GO BACK